Instagram-dan daha bir yenilik

31-01-2018 / 13:28

Instagram-ın yaradıcıları bu sosial şəbəkədə videozəng funksiyasının çatışmadığı qənatinə gələrək, müəyyən tədbirlər görüblər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hazırda mütəxəssislər videozəng funksiyasını qapalı rejimdə sınaqdan keçirməyi planlaşdırırlar.

Instagram-ın mobil əlavəsinin aktual versiyasında videozəng funksiyası daha tez istifadəyə verilə bilər. Belə ki, əgər proqram təminatını incələsək, orada artıq videozəngin ilk elementlərinə rast gələ bilərik.

Yeni funksiya birbaşa xəbərlər blokuna əlavə olunacaq. Hər bir konkret istifadəçinin kontakt siyahısında kamera ikonu yer alacaq. Bu yeniliyin tam olaraq nə vaxt hazır olacağı isə hələ ki, bəlli deyil. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə