Instagram-dan istifadəçiləri sevindirəcək yeni funksiyalar

16-01-2016 / 10:59

Instagram tətbiqi yenilənib.

Yeniləməyə çoxlarını sevindirəcək funksiyalar əlavə olunub.

Xeberler.az  bildirir ki, yeniliklərdən biri axtarış etdiyiniz zaman kimlərin sizi izləyib- izləmədiyini bilmə imkanın yaradılmasıdır( yalnız sizin izlədiyiniz insanda "following", qarşılıqlı izlədiyiniz insanda isə "you follow each other" kimi ifadələr olur). 

Digər yeni funksiyanın köməyi ilə isə ən çox izləyicisi olan insanların izləyici sayını axtarış verən zaman görəcəksiniz.

Qeyd edək ki, bu yeniləmə hələki yalnız iOS platformasına təqdim olunub.

Yaxın vaxtlarda Android-lər üçün də bu funksiyalar əlavə olunacaq.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə