Instagram haqqında ən maraqlı 13 fakt

03-07-2015 / 10:30

2010-cu ildən həyatımıza daxil olan Instagram-ı bu qədər tez istifadə etməyimizə baxmayaraq haqqında nə qədər məlumatımız var?

Xeberler.az Instagram haqqında ən maraqlı 13 faktı diqqətinizə çatdırır.

1. Instagram 6 Oktyabr 2010 tarixində Kevin Systrom tərəfindən yaradılıb.

2. 21 Aprel 2012-ci ildə Facebook Instagram-ı tam 1 milyard dollar qarşılığında satın alıb.

3. Instagram 1 milyard dollara alınan zaman yalnız 13 işçisi var idi.

4. Bu sosial şəbəkənin hazırki istifadəçi sayı 300 milyonu keçir.

5. Hər gün yeni istifadə edənlərin sayı isə 75 milyondur.

6. Instagram-da ən çox izləyicisi olan beş hesab belə sıralanır:

-Instagram

-Kim Kardashian

-Beyonce

-Ariana Grande

-Justin Bieber

7. Instagram-da ən çox izləyicisi olan beş marka hesabı sırası isə belədir:

-Nike

-Adidas

-Starbucks

-Topshop

-Gucci

8. Instagram-ı ən çox istifadə edən ilk üç ölkə: Amerika Birləşmiş Ştatları, Yaponiya və Braziliyadır.

9. Yayılan məlumatlara görə, Instagram-ın şirkət dəyəri 35 milyarddan çoxdur.

10. Proqramda 20 aktiv filtr var. Bu filtrlər ilə fotolarınıza müxtəlif cür effektlər verə bilərsiniz. Ancaq istifadəçilərin əksəriyyəti filtrdən istifadəyə üstünlük vermir.

11. Instagram-dan istifadə edənlərin 51 faizi kişilər, 49 faizi isə qadınlardan ibarətdir.

12. Instagram sayəsində məşhur olan Selfie sözü 2013-cü ildə Oxford lüğətinə daxil olaraq rəsmiyyət qazanıb.

13. 2014-cü ilin ən çox səs gətirən selfie-si amerikalı aparıcı Ellenin Oscar gecəsində çəkdiyi selfie olub.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.