İnstagram loqosunu və dizaynını tamamilə dəyişdi-Foto

11-05-2016 / 21:00

Məlumat verdiyimiz kimi, İnstagram tətbiqin dizaynında köklü dəyişiklik etməyə hazırlaşırdı. Xarici mediada yayılan məlumatlarda bu yeniliyin test üçün  təqdim edildiyi bildirilmişdi.

Xeberler.az məlumat verir ki, artıq İnstagram yeni dizaynda fəaliyyətə başladı.

Bu gün İnstagram başdan-ayağa yenilənib. 

Belə ki,  əvvəlcə mavi və narıncı rəngli olan dizaynın yerini ağ və qara ağırlıqlı yeni bir dizayn alıb.

Yeni dizaynda diqqət çəkən digər bir məqam da tətbiqdəki  ikon-ların dəyişdirilərək daha da sadələşdirilməsidir.

Mövcud dizaynda bildirim almaq üçün basdığınız ikon olan balonun içindəki ürək yeni dizaynda yalnız ürək emojisi ilə əvəz edilib.

Həmçinin fotolar yükləmək üçün istifadə fotoaparat ikon-u daha sadə hala gətirilib.

Tətbiqə gələn yeniləmə ilə  İstagram-ın yeni interfeysi tam mənasıyla sadələşdirilib. 

İnstagram-ın loqosunun dizaynı da dəyişib. Belə ki,əvvəlki dizaynın yerinə tətbiqin xətlərini daşıyan və göy qurşağına bəzədilmiş bir logo gəlib.

Yeni dizaynlı İnstagram-ı App Store, Google Play  və Windows Phone-da yeniləyə bilərsiniz. 

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.