Instagram öz messencerini yaratdı

08-12-2017 / 11:50

Dünyanın ən məşhur sosial şəbəkəsi Instagram öz messencerini yaradıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, tətbiqə Direct adı verilib.

Yeni tətbiq Türkiyə, Portuqaliya, İsrail, Şili, İtaliya və Uruqvayda iOS və Android istifadəçiləri üçün sınaq istifadəyə təqdim edilib.

Belə ki, istifadəçilər Direct-i quraşdırdıqda Instagram tətbiqindəki mesaj qutusu silinir və mesajlara yalnız yeni tətbiq vasitəsilə daxil edilə bilər.

Proqramın qlobal tətbiqinə başlama tarixi hələlik məlum deyil.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə