Instagram şəbəkəsinin işində qlobal nasazlıq qeydə alınıb

03-10-2018 / 14:26
“Instagram” sosial şəbəkəsinin işində bu gün səhər saatlarında qlobal nasazlıq qeydə alınıb. “Downdetector” xidməti bu barədə məlumat verib. Bu gün sözügedən sosial şəbəkənin istifadəçiləri səhər saatlarında ximətin işində nasazlıq yaranması barədə şikayət ediblər.
 
Xeberler.az  bildirir ki, “Downdetector” xidmətinin məlumatlarına görə, hazırda bütün dünya ölkələrindən sosial şəbəkənin işində nasazlıq haqda hesabatlar daxil olur. Nasazlıq haqda ən çox məlumat Böyük Britaniya və Hollandiyadan daxil olur, həmçinin Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Polşa, İtaliya, İsveç və başqa ölkələrdə xidmətə girişlə bağlı problem yaşanır. “Instagram” dünyada ikinci populyar sosial şəbəkədir, aktiv istifadəçilərinin sayına görə yalnız “Facebook”dan geridə qalır.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.