Instagram şopinq üçün proqram hazırlayacaq

06-09-2018 / 12:10

Instagram sosial şəbəkəsinin mütəxəssisləri alış-veriş üçün IG Shopping adlı tətbiq hazırlayacaqlar.
 
Xeberler.az  ICTnews Elektron Xəbər Xidmətinə istinadən məlumat verir ki, yeni tətbiqin köməyi ilə istifadəçilər sosial şəbəkədə satınalmalar etmək və ödəmək imkanı əldə edəcəklər.
 
Facebook-un əsas əməliyyat direktoru və Instagram-ın sahibi Şeril Sendberqin sözlərinə görə, sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur.
 
Məlumata görə, 5 istifadəçidən 4-ü ən azı bir brendi izləyir, buna görə ayrı bir mobil proqram pərakəndə ticarət üçün meydança yaratmağa və gəlirləri artırmağa kömək edəcək.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.