Instagramda hər gün 70 milyon şəkil paylaşılır

14-07-2015 / 12:22

Məşhur şəkil paylaşma proqramı İnstagram aktiv istifadəçi sayının 300 milyona yaxın olduğunu açıqlayıb.

Xəbərlər-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İnstagram-a istifadəçilərin 70 faizi ABŞ xaricindən, 14 milyonu isə İngiltərədən daxil olur.

İnstagram aktiv istifadəçi sayını mobil telefondan və ya saytdan ayda ən azı 1 dəfə giriş edənlərə görə hesablayır.

Qeyd edək ki, istifadəçilərin şəkil paylaşmaması  aktiv istifadəçi sayına təsir etmir. Buna baxmayaraq 300 milyon aktiv istifadəçi gün ərzində 70 milyon şəkil paylaşır və şəkilləri gündə 2.5 milyard istifadəçi bəyənir.

                                                                                         Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.