Intel 6-cı nəsil prosessorlarını təqdim etdi

03-09-2015 / 11:46

Mikroprosessor istehsalçısı Intel altıncı nəsil Skylake prosessorlarını rəsmi olaraq təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, prosessorlar 10 faiz daha sürətli və 30 faiz daha yaxşı qrafikaya malikdirlər.

Yeni təqdim olunan prosessorlar istifadəsinə və cihazlara uyğunluğuna görə 4 seriyada təqdim olunub.

Skylake-Y seriyası olaraq adlandırılan Core M prosessorlar daha çox planşetlərə uyğun göstəricilər təqdim edir. Core M prosessorlar- Core M3, Core M5Core M7 olaraq fərqli göstəricilərdə təqdim olunacaq.

Skylake-Y seriyasında olan M3, M5 və M7 prosessorların ən böyük fərqi İntel HD 515 qrafik nüvəsinin saat sürətində işləməsidir. Bu sürət 850 MHz, 900 MHz və 1GHz olaraq təqdim edilib.

Skylake-U seriyası prosessorlar isə noutbukların göstəricilərinə uyğun təqdim edilib. Skylake U seriyası prosessorlar sırasına  Celeron, Pentium, Core İ3, Core İ5, və Core İ7 prosessorları daxildir. Bu prosessor modelləri arasında ən aşağı prosessor sürəti 1.6 GHz-lik Celeron prosessoru, ən yüksək prosessor sürəti isə 2.6 GHz sürətində Core İ7 6600U  olaraq təchiz olunub. Prosessorlar yeni GPU nüvəsinin aşağı enerji sərf etməsi sayəsində əlavə olaraq 1.4 saata qədər batareya təklif edir.

Skylake-H seriyası olaraq adlandırılan prosessorlar mobil prosessorlar ailəsinə daxil edilir. Fərdi oyun kompüterlərində istifadə olunan bu prosessorlar ən yüksək göstəricilərə malikdirlər. Skylake-H seriyalı prosessorlara Celeron, Core İ3, İ5, İ7Xeon daxildir.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə