İntel Menlow platformasını martda yeniləyəcək

06-11-2008 / 14:55
İntel şirkəti Menlow platformasını 2009-cu ilin martında mobil internet qurğular üçün Moorestown platformasını buraxmamışdan əvvəl təqdim etmək istəyir. Bu haqda Digitimes MİD-lə (Mobile Internet Devices) məşğul olan şirkət mənbələrinə istinadən xəbər verir.
Menlow, indi istifadə olunan versiyadan daha səmərəli olmalıdır. Artıq istehsal edilmiş İntel Atom Z500 seriyalı prosessorlara Z550 (1,83 GHs), Z534 (1,6 GHs) və Z515 (800 MHs) əlavə olunacaq. Z550 və Z534 prosessorlarına İntel SCH UP15W çipseti, Z515-ə isə UL11L daxil edilməlidir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə