İntel Netbook, cib telefonu və MP3 oynadıcını bir cihazda birləşdirir

22-10-2009 / 19:37

İntel fərqli cihazları ilə diqqət çəkməyə israrlıdır. İndi də netbook, cib telefonu və MP3 oynadıcını vahid halda birləşdirən cihaz istehsal edir.

Intel Magic Concept Device adlanan cihaz Smart Design tərəfindən hazırlanıb. Bu şirkətə verilən vəzifə MID (Mobile Internet Device) anlayışını heç cür izah edə bilməyən İntel-ə köməkçi olmaqdır. Smart Design çöl tərəfi MP3 oynadıcı və cib telefonuna bənzəyən bir məhsul hazırlayıb. Cihazın üzərindəki düymələrdən bu yaxşı aydın olur. Lakin məhsulun içinə baxıldığında onun əsasında bir Netbook olduğu meydana çıxır.

 İntel Magic Concept Device qatlanan bir quruluşa sahibdir. Bağlı vəziyyətdə cib telefonuna oxşayır. Açıldığında isə, klaviaturanın da olduğu bir mini dizüstü sisteminə bənzəyir. Təxmin edilənlərə görə, cihazda Moblin əməliyyat sistemi istifadə ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə