İntel şirkəti Netbook.com domenini aldı

14-10-2008 / 12:00
Intel şirkəti yeni Netbook.com adlı domen qeydiyyatdan keçirib. Şirkət baha olmayan portativ kompüterlərə həsr olunmuş portal yaradacaq. Resursa daxil olan zaman istifadəçilər avtomatik olaraq İntelin əsas saytının enerji effektli Atom prosessorları haqda məlumatlar olan səhifəsinə istiqamətləndirilirlər. Deyilənə görə, yeni resurs netbuk, mobil internet qurğu və digər kiçik form-faktorlu kompüterlərə həsr olunacaq.
Indi netbukların əksəriyyətində Atom çipləri qurulur. Bununla belə, bəzi istehsalçılar ultrayığcam noutbukları VİA prosessorları ilə təchiz edirlər. Bundan əlavə, cari ilin sonunadək AMD netbuklar üçün öz çip versiyasını təqdim etməyi planlaşdırır. İntel, Netbuk.com saytında rəqiblərinin məhsullarını yəgin ki, reklam etməyəcək. Çox güman ki, sayt İntel və onunla portnyor korporasiyaların məhsullarını təqdim edəcək.
Yeri gəlmişkən, bəzi müşahidəçilər güman edirlər ki, Apple şirkəti bu həftə İntel Atom prosessoru əsasında netbuk təqdim edəcək.  Bu qurğunun qiymətinin 1000 dollardan yuxarı olacağı gözlənilir. Apple özü isə bu barədə heç bir şərh vermir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə