İntellektual startap çempionatı başlayıb

06-10-2017 / 12:31

Youth Inc. Sahibkarlıq Proqramının təşkilatçılığıyla “Startapçı” intellektual startap çempionatına start verilib.

Xeberler.az-ın məlumatına görə, ilk mövsümünə başlayan çempionat Azərbaycanda ilk dəfə olaraq, ali təhsil müəssisələrinin tələbələrini əhatə edəcək.

Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi, biznes ideyası olan gənclərin üzə çıxarılması və onların inkişafı məqsədini daşıyan layihə gələcək mövsümlərində digər regionların tələbə və şagirdlərini də əhatə edəcək.

Layihə çərçivəsində iştirak edən universitetlərdə komandalar formalaşdırılacaq.

“Startapçı” intellektual startap çempionatına müraciət etmiş komanda üzvlərinə biznes yönümlü silsilə təlimlər keçiriləcək. Təlimlər sonrası çempionatda iştirak dən komandalar öz biznes təqdimatlarını həyata keçirəcəklər. Təqdimatlar biznes ekspertlər tərəfindən qiymətləndirilərək, hər ali təhsil müəssisəsi üzrə qalib komanda müəyyən olunacaq.

Növbəti mərhələdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən komandalar arası Bakı çempionatı keçiriləcək və daha da təkmilləşdirilmiş təqdimatlarla çıxış edən komandalar ekspet tərəfindən qiymətləndiriləcəklər. Daha çox xal toplamış komanda “Startapçı” intellektual startap çempionatının mövsüm üzrə qalibi elan olunacaq.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə