Internet ixtiraçısı Internet Explorer-in nöqsanlarını açııqladı

12-09-2008 / 15:49
Internet ixtiraçısı Tim Berners Li yaxın günlərdə verdiyi müsahibədə İnternet Explorer-də olan bir qüsuru təəsüflə qeyd etdi. Tim hansı brauzerə üstünlük verdiyi haqda açıqlama gətirməsə də, İnternet Explorer-in digər müasir sələflərindən geridə qaldığını söylədi.
Microsoft brauzerin çatışmazlığı  SVG (scalable vector graphic) formatı ilə işləyə bilməməsidir. Bu format veb-səhifələrlə işləmək üçün nəzərdə tutulub. Daha dəqiq, SVG formatı kartla işləmə təklif edən saytlarda istifadə olunur.
Firefox və Safari brauzerlərində bu format dəstəklənir. Internet Explorerdə SVG formatı ilə işləmək üçün isə gərək Adobe-dan xüsusi əlavələr olunsun. Hətta yeni çıxmış Internet Explorer 8-in beta versiyasında da bu format yoxdur.
Berners Li onu da vurğuladı ki, yanvarın birindən Adobe həmin formatla işi yekunlaşdırır və bu tarixdən etibarən onu yükləməyin mümkün olacağı məlum deyil. Qeyd etmək lazımdır ki, Microsoft vektorial qrafiklə iş üçün digər VML (Vector Markup Language) formatı təqdim edir. Lakin 2001-ci ildə  Berners Linin başçılıq etdiyi World Wide Web Consortium təşkilatı SVG formatından istifadə etməyi tövsiyə etmişdi.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə