İnternet mediadan istifadədə milli dəyərlər təbliğ edilir

22-04-2015 / 22:17

Jurnalist Araşdırmaları Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasına başlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, layihə çərçivəsində ilk tədbir Cəlilabad şəhərində baş tutub.

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında keçirilən tədbirdə çıxış edən JAM sədri Seymur Verdizadə əvvəlcə layihə haqda məlumat verib. Qeyd edib ki, əvvəlki dövrlə müqayisədə son illər cəmiyyətin həyatında internet media resurslarının rolu artıb. 

Layihənin eksperti, "Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov bildirib ki, onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək vermək mümkündür.

xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə