İnternet saytların sayı 182 mln-u keçib

30-10-2008 / 19:08

İnternet araşdırma kompaniyası Netcraft şəbəkədə mövcud olan saytların sayı ilə bağlı oktyabr ayına olan son məlumatları hazırlayıb. Qeyd edək ki, bu şirkət artıq 14 ildir ki, bu işlə məşğuldur. Məlumata görə 1 oktyabr 2008-ci il tarixində Qrinviç vaxtı ilə saat 00:00-da qlobal şəbəkədə 182 226 259 sayt işləyib. Bu saya, ayrılmış və ya ictimai servislərdə yaradılan bloqlar da daxil edilmişdir. Ötən ayla müqayisədə 948 min sayt artımı olub. Nəticələrdə ən populyar veb server isə Apache olub. Ay ərzində Apache-də çalışan daha 463 min sayt yaradılıb. Veb serverlər arasında Apache - 91,88 mln saytla (ümumi sayın 50,43%-i) liderdir, ikinci yerdə 62,77 mln (34,44%) saytla Microsoft IIS, üçüncü yerdə isə 10,49 mln (5,76%) saytla Google yerləşir.

xeberler.az/Anar A.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə