İnternet təhlükədə

31-10-2015 / 14:00

Bütün dünyanı əhatə edən və xüsusilə sualtı keçidlər ilə qitələri bir-birinə bağlayan internet kabel şəbəkəsi, son günlərdə ABŞ ordusunun narahatlığına səbəb olub. Hazırda bütün dünyanı əhatələyən və dünya şəbəkəsini 95 faiz təmin edən sualtı fiber optik kabellərin təhlükədə olduğu bildirilib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ ordusunun narahatlığına səbəb rus hərbi donanmasının Amerikanın əsas sualtı fiber optik quruluşunun ətrafında fəaliyyətini artırmasıdır.

Hazırda bütün internet şəbəkələri dünyanı əhatə edən fiber optik kabellər vasitəsilə işləyir. Bu fiber optik kabellər coğrafi şəraitə görə sualtı keçidlərlə qitələr arasında ötürülür.

New York Times qəzetinin açıqlamasında, rus hərbi donanmasının bu aktivliyi Suriya ilə olan daxili çəkişmələrə görə olduğu bildirilir.

Sualtından keçən fiber optik kabellərin zərər görməsi bütün dünyanın həm şəbəkə problemlərində həm də təmirinin  uzun müddət çəkməsi kimi çətinliklər yaradır.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.