İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013 / 15:11
Multimedia Mərkəzi bildirir ki aprelin sonunda “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar”  mövzusunda növbəti Təlimlər başlanacaq.
Təlimlər Mərkəz tərəfindən həyata keçirilən   “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Təlimçilər  təhsil , İT və yeni media sahəsi üzrə ekspertlərdən ibarət olmaqla formalaşdırılıb.
Təlim mövzularını, tədris üsulları və metodlarını, təlim prosesində istifadə olunacaq təlim vasitələrini müzakirə etmək məqsədilə Təlimçilərin görüşü keçirilib.
Artıq Təlimlərdə iştirak edəcək müəllimlər, Təlimçilər və Təlim Proqramı hazırlanıb.
Təlimlərdə ümumtəhsil müəssisələrinin 30-dək müxtəlif fənn  müəllimləri iştirak edəcək. Təlimlər 5 gün davam edəcək.
Təlimlər zamanı müəllimlərə Veb 2.0 texnologiyalar, İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə üsulları, tədris prosesinin daha effektiv və səmərəli qurulmasına kömək edən  müxtəlif sosial servislərdən istifadə qaydaları və s. mövzular tədris olunacaq.
Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.