İnternet xəbər mənbəyi kimi qəzetləri geridə qoydu

17-03-2011 / 23:03

ABŞ-da insanların əksəriyyəti xəbərləri qəzet və jurnallardan deyil, daha çox şəbəkədən öyrənməyə üstünlük verir. Bu haqda “Poynter Institute” Amerika Jurnalistika Mərkəzinin illik hesabatında deyilir. 

Sənədə əsasən, elektron media ilk dəfə olaraq xəbər mənbələri arasında populyarlığa görə ikinci yeri tutub. Bundan əlavə, İnternet-KİV-lər oxucu auditoriyasının ilbəil genişləndiyi yeganə informasiya daşıyıcısına çevrilib. Halbuki radio, televiziya və eləcə də mətbu qəzet və jurnallar üçün bu göstərici sabit olaraq qalıb. Bununla belə, reytinq cədvəlində birinci yeri əvvəlki kimi televiziya kanallarının yerli xəbər buraxılışları tutur. 

www.vesti.ru İnternet-nəşrinin məlumatına görə, “Poynter” tərəfindən keçirilmiş rəy sorğusunda iştirak edənlərin 34 faizi son gün ərzində xəbərləri İnternetdə izlədiklərini bildiriblər. Respondentlərin 31 faizi isə ənənəvi qəzetlərə üstünlük verdiklərini, 18-29 yaşlı gənclərin 65 faizi İnternetin onlar üçün əsas xəbər mənbəyi olduğunu söyləyiblər. 

Bundan əlavə, ötən il onlayn media vasitələri reklam hesabına əldə edilən gəlirlərin göstəricilərinə görə ilk dəfə olaraq mətbu qəzetləri geridə qoymuşdular. Belə ki, 2009-2010-cu illərdə bu sektorun gəlirləri 13,9 faiz artaraq 25,8 milyard dollar təşkil etmişdir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə