İnternet-xəbərlər populyarlığa görə qəzet və televiziya xəbərlərini geridə qoyub

15-01-2009 / 13:20

  Dünya əhalisinin 40% internet-xəbərlərə, 39% qəzet xəbərlərinə üstünlük verir. Televiziyada təqdim olunan xəbərlərə baxılma səviyyəsi isə ayrı-ayrı ölkələrdə müxtəlifdir.

  Müxtəlif KİV-lərə etibarlılıq reytinqinin tərtib olunması üçün 16 ölkədən 18-55 yaş arası 27,5 min nəfər arasında sorğu keçirilib. Bu ölkələr Avstraliya, Kanada, Çin, Almaniya, Finlandiya, Fransa, Danimarka, İtaliya, Yaponiya, Koreya, Hollandiya, Norveç, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ-dır.

  www.day.az məlumatına görə sorğu nəticəsində müəyyən olunub ki, daha çox insan internetdən istifadə edir. Bu zaman informasiyanın ənənəvi mənbələrinə etibarlılıq səviyyəsi
get-gedə azalır. Məsələn, İtaliya və Fransada televiziya xəbərlərinə əhalinin dördə bir hissəsindən az insan inanır.

  Sorğuda iştirak edənlərin üçdə bir hissəsi bəyan ediblər ki, son ayda ən azı bir dəfə internet-xəbərlərə müraciət ediblər.

  Bloq sahəsindəki informasiyaya isə daha az insan inanır. Ən az bloqlara Böyük Britaniya əhalisi etibar edir – cəmi 6% respondent, bu zaman orta hesabla bloqlara etibarlılıq səviyyəsi 10% təşkil edir.

  Wikipedia kimi mənbəyə etibarlılıq səviyyəsi ayrı-ayrı ölkələrdə xeyli fərqlənir. Belə ki, əgər Almaniyada bu göstərici 52 faizdirsə, bu zaman İngiltərədə bu rəqəm 24 faiz təşkil edir.

 

 

xeberler.az/Ellada
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.