İnternet xidmətinin ödənişi ilə bağlı yenilik

06-03-2017 / 16:28

Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz  Telekommunikasiya Qovşağının xidməti ərazisində internet istifadəçiləri üçün xidmət haqqının ödənilməsində yeni qaydalar tətbiq edəcək.

Xeberler.az-ın məlumatına görə, aztelekom.net internet provayderinə qoşulan yeni və mövcud istifadəçilər aylıq istifadə haqqını ödədiyi zamandan (saat, gün) etibarən xidmət aktiv ediləcək və 1 ay ərzində istifadə müddəti bitdiyi gün (saat, gün) son istifadə tarixi kimi qeyd olunacaq.

Aylıq abunə haqqı bitdiyi tarixdə xidmət avtomatik olaraq deaktiv ediləcək və ödəniş aparılmadığı müddət üçün borc hesablanmayacaq.

İstənilən zaman istifadə haqqını ödəməklə xidmət yenidən aktiv ediləcək və həmin gündən etibarən hesablanma aparılacaq.

Məsələn, istifadəçi xidmət haqqını həmişə olduğu kimi ayın 14-də deyil, 25-də ödəyərsə, internet xidməti həmin gündən aktiv ediləcək və növbəti ayın 25-dək internetdən istifadə edə biləcək. 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.