İnternet xidmətləri tədarükçüləri üçün icarə haqqı artırılmayacaq

17-05-2015 / 22:23

Azərbaycanda İnternet xidmətləri tədarükçüləri üçün dövlət rabitə operatorlarının infrastrukturu üzrə icarə tarifləri artırılmayacaq. Bunu telekommunikasiya bazarındakı mənbə deyib. 

Onun sözlərinə görə, bununla yanaşı, icarə haqqı məbləğinin azaldılması da gündəmdə deyil. 

Xəbərlər-in verdiyi məlumata görə, mənbə qeyd edib ki, məsələ mütəmadi olaraq provayderlər tərəfindən icarə haqqının artırılacağı qorxusuna görə gündəmə gətirilir: "Lakin tariflər artırılmayacaq. Mövcud icarə haqqı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyənləşdirdiyi qiymətlər əsasında alınır". 

Söhbət optik rabitə xətlərinin çəkilməsi, genişzolaqlı portların icarəsi, kabel-kanalizasiya qurğularının istifadəsi və s. üzrə tariflərdən gedir. (trend)

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.