İnternetdə işinizi rahatlaşdıracaq maraqlı saytlar

25-01-2011 / 16:44

Gününüzün ən azı 6 saatını internet qarşısında keçirirsiniz? Bəs yaxşı, bu qədər müddətdə neçə bilmədiyiniz saytı ziyarət edirsiniz? Bu dəfə sizə işinizi rahatlaşdıracaq dünyanın ən maraqlı saytlarını təqdim edirik:

İnternet Dünyası Dəyişir

Veb səyyahınızın (brauzer) tarix bölümündə bir gün ərzində daxil olduğunuz saytların sayına baxın. Bunlardan neçəsi yenidir və hansılar işinizə yarayır?

Xeberler Fakto.info-ya istinadən istifadəçilərin həyatını rahatlaşdıracaq yeni veb sayt ünvanlarını müəyyənləşdirmişdir.

Hal-hazırda hər bir insanın yeganə ehtiyacı olduğu bir şey varsa o da zamandır. Saatınız hal-hazırda yerli Bakı vaxtına uyğun nizamlana bilər. Lakin öncədən gələcəyin sizə nə bəxş edəcəyini müəyyənləşdirmək çox çətindir. Məsələn xaricə
gedən bir yoldaşınız və ya qohumunuzla rahat rahat danışa bilməkdən ötrü, başqa ölkələrin də saatlarına baxmanız lazım ola bilər. Bunun üçün aşağıdakı ünvandan istifadə edə bilərsiniz.

www.localti.me

Videolarınızı İstədiyiniz Kimi İdarə edin

İnternet sayəsində bütün dünyaya qabiliyyətlərini göstərən insanların sayı günü-gündən artmaqdadır. Burada ən böyük rolu isə YouTube kimi məşhur video paylaşma saytları oynayır.

www.tubemogul.com

TubeMogol isə, bu mövzuda sizə köməkçi ola biləcək ən yaxşı saytlardan biridir. Bir videonu eyni anda bir çox sayta yükləmənizi təmin edən sayt eyni anda sizə videolarınızın statistikalarını da təqdim edir.

Bu Şrift Hansıdır?

Veb sayt dizaynerləri bəzən başqa saytların şriftlərini bəyənə bilərlər. Lakin bu şriftlərin hansı olduğunu bilmədən onları öz saytlarına tədbiq edə bilməzlər.

www.whatfontis.com

What font is this? adlı sayt bu cəhətdən ən maraqlı saytlardan biridir. Sadəcə saytın URL linkini yazmaqla şriftlə əlaqədar məlumatları asanlıqla əldə edə bilərsiniz.

Veb Saytları Video Halına Gətirin

Bəzən maraqlı bir saytı və ya sosial şəbəkə profilinizdəki məzmunları insanlara tanıtdırmaq istəyə bilərsiniz.Bu sayt sizə lap yaxından köməkçi ola bilər:

www.screenr.com

Adətən müxtəlif proqramlar sayəsində edilən xüsusiyyətləri Screenr adlı sayt sizə istədiyiniz kimi təqdim edə bilir. Screenr ekrandakı saytı qeyd edir və işini bitirdikdən sonra bu videonu YouTube video paylaşma saytına yükləyir. Yəni bu qədər sadə.

Tamamilə Pulsuz və Online Photoshop

Hər bir istifadəçi Photoshopda edilməsi lazım olan bir əməliyyatla qarşılaşmışdır. Lakin bəzən kompüterinizdə şəkil redaktoru proqramı olmaya bilər.

www.sumopaint.com

Bu sayt sizə online Photoshop imkanlarını təqdim edir.

Bütün Sosial Şəbəkələrinizi Birləşdirin

Virtual dünyanın nemətlərindən faydalanmaq istəyən istifadəçilər çox təəssüf ki bütün məşhur sosial şəbəkə saytlarına üzv olmaq məcburiyyətindədirlər. Əks halda, internetin nemətlərindən istədikləri kimi faydalana bilməzlər

www.nutshellmail.com

İndi artıq bunun həlli də tapılmışdır. Yuxarıda qeyd olunmuş bu yeni sayt sayəsində
bütün sosial şəbəkə hesablarınızı birləşdirə bilərsiniz.

Saytınız neçəyədir?

Bu suala cavab tapmaq istəyirsiniz? Bunun üçün sizə 2 gözəl hesablama sistemi təqdim edirik;

1) www.cubestat.com
Burada saytın məlumatı Dmoz, google PR və s statistikası göstərilir.

2) www.websiteoutlook.com
Daha maraqlıdır, saytın ətraflı məlumatları, ən çox daxil olan ölkələrin siyahısı və s məlumatları göstərir. Statistika tam domen üzrə yerinə yetirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə