İnternetdə “Microsoft Techday” onlayn konfransı keçiriləcək

08-12-2015 / 16:46

Dünyanın aparıcı informasiya texnologiyaları üzrə şirkəti Microsoft dekabrın 10-da “Microsoft Techday” onlayn konfransını keçirəcək.

Microsoft Azərbaycan şirkətindən Xeberler.az-a bildirilib ki, konfransın məruzəçiləri kənar şirkətlərdən olan ekspertlər və mütəxəssislər olacaq. Onlar Microsoft texnologiyalarının tətbiqi və imkanları haqda məlumat verəcək, real layihələrdə əldə etdikləri təcrübələrini bölüşəcəklər.

Onlayn konfrans çərçivəsində PowerShell, BULUD sistemi, Windows Server 2016 və s. mövzular müzakirə olunacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə