İnternetdə şifrələri tez-tez dəyişdirmək lazımdır?

01-12-2016 / 11:15

İstifadəçi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün şifrələrin tez-tez dəyişdirilməsi heç də yaxşı fikir deyil.

Xeberler.az-ın məlumatına görə, bu barədə informasiyanın mühafizəsinə həsr edilmiş “PasswordsCon” konfransının təsisçisi, ekspert Per Torshaym ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəsmi bloqunda dərc edilmiş məsləhəti şərh edərkən açıqlama verib.

Belə ki, idarənin əməkdaşları onlayn satışlarda iştirak edənlərə güclü şifrələrdən istifadə etməyi və onları tez-tez dəyişdirməyi məsləhət görüblər.

“Çoxsaylı təşkilatların, hətta hökumətin şifrələrin tez-tez (yarım ildə bir dəfədən çox) dəyişdirilməsinin yaxşı fikir olmadığını bildirməsinə baxmayaraq, FTB-nin hələ də bu kimi məsləhətlər verməyə davam etməsi təəssüf doğurur”, – deyə Torshaym bildirib.

Onun fikrincə, məlumatların təhlükəsizliyinin təmin olunmasının ən yaxşı üsulu şifrə menecerlərindən istifadədir.

Şifrə meneceri istifadəçiyə öz şifrələrini saxlamağa və tənzimləməyə kömək edən aparat və ya proqram təminatıdır. Onun köməyilə bütün mühafizə olunmuş veb-saytlar üçün unikal və güclü şifrəyə sahib olmaq mümkündür. Bundan başqa, hesabların təhlükəsizliyinə ikifaktorlu autentifikasiyadan istifadə də müsbət təsir göstərir.

Məlumata görə, qeyd olunan faktlara baxmayaraq fərdi məlumat bazası hakerlər tərəfindən oğurlandığı halda, şifrələrin dəyişdirilməsi vacibdir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.