İnternetdə təhlükə ilə qarşılaşan istifadəçilərin sayı artıb

18-04-2016 / 11:08

 Azərbaycanda olan istifadəçilərin 30, 2%-i internet şəbəkəsində təhlükələrlə qarşılaşıb. 54% istifadəçi isə elektron daşıyıcılar və lokal şəbəkələrin təhlükəsizlik sistemində problemlərlə rastlaşıb.

Xeberler.az məlumat verir ki, bu barədə  Bakıda Kasperski Laboratoriyası tərəfindən keçirilən "Kibertəhlükəsizlik Həftəsonu" konfransında  məlumat verilib.

Qeyd edilib ki,  Kaspersky Security Network bulud infrastrukturu vasitəsilə 2016-cı ilin yanvar-may aylarına olan  statistikaya görə, ümumilikdə Orta Şərq, Türkiyə və Afrika ölkələrində bu göstəricilər müvafiq olaraq 15% və 45% təşkil edib.

 Konfransda  Orta Şərq ölkələri üzrə Kasperski Laboratoriyası həlləri tərəfindən 2016-cı ilin birinci rübü ərzində aşkarlanmış kiberhadisələrin ümumi sayında ötən ilin eyni dövrü ilə müayisədə 15% artım müşahidə edildiyi də vurğulanıb.

Bildirilib ki, Azərbaycanda isə bu göstəricinin artımı 4% təşkil edib:

“Zərəli proqram təminatı bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə yayılır. Bu cür proqramların hücum obyekti həm şirkətlər, həm də istifadəçilər olur. Ötən ilin birinci rübü ilə müqayisədə  bütün region ölkələrində  Kasperski Laboratoriyas" texnologiyaları  tərəfindən aşkarlanmış və qarşısı alınmış hücumların sayında artım müşahidə edilib . Azərbaycanda pul oğurluğuna yönəlmiş proqramlarla bağlı halların sayı 14% artıb. Orta Şərqdə bu artım 67%, Türkiyədə 58% təşkil edib”.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə