İnternetdəki təhlükələrdən qorunmaq üçün seminar keçirib

12-06-2018 / 17:09

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib.

Xeberler.az bildirir ki, sözügedən tədbir Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin davamı olaraq təşkil olunub. İnteraktiv şəkildə aparılan seminarda internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.

Qeyd edə ki, tədbirdə Aztelekom MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtrasiya edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytların girişinə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır.

Qeyd edək ki, Aztelekom MMC bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi nəzərdə tutur.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.