İnternetdən pul qazanmaq üsulları

14-01-2019 / 10:08

Əslində əlavə gəlir əldə etmək üçün, istərsə də freelancer kimi gəlir əldə etmək ilk baxışdan çətin kimi görülə bilər, amma internetdən söhbət gedirsə, vəziyyət bir az yüngülləşir. Ümumiyyətlə bu mövzuda bəlkə milyonlarla məqalə var, hərəsində də 6-7 yol.

Xeberler.az bu sahədə bütün mənbələri birləşdirərək internetdən pul qazanmaq üçün 22 yol təqdim edir.
 

1) Onlayn kurslar

Son günlərdə məşhurlaşmış bu üsul vasitəsi ilə rahatlıqla pul qazanmaq olur. Məsələn memrisecourseraedx duolingo, kimi saytlar bu fəaliyyətdən gəlir əldə edir.

2) İnstagramda influencer olmaq

Əgər instagram profilinizdə 3k - dan çox izləyiciniz varsa, yəqin ki bu xususiyyət sizin üçündür. Bəlkə də çox vaxt öz storylərində reklamlar paylaşan 25k-lı profillər görürsünüz. Belə profillərə mikro-influencerlər deyilir. Məsələn türk şirkəti olan influanza kimi platformalarda influencer kimi pul qazana bilərsiniz.

3) Virtual köməkçilik

Daha çox sosial media meneceri kimi fəaliyyət göstərsə də, ondan bir az fərqlənir. Belə ki, virtual köməkçilər sosial medialardan əlavə hər hansı bir biznesmenin telefon mesajlarına, zənglərinə, e-poçtlarına cavab verir, onun gündəlik cədvəlini və vəzifələrini asana kimi proqramlarda qeyd edir. 

4) Podcastlar

Əgər nitqiniz yaxşıdırsa, hər hansı bir kitabı, əcnəbi dildəki danışığınızı audio fayl formatında saytlara təklif edərək sponsorlar cəlb edə və ya satış saytlarına yerləşdirib, ondan pul qazana bilərsiniz. Məsələn, məşhur bbc saytının bir gəlir mənbəyi də budur.

5) Airbnb

Evinizi, heç istifadə etmədiyiniz otağınızı, bağ evinizi airbnb-da kirayə verərək, bundan pul qazana bilərsiniz.

6) Fikirlərinizlə pul qazanın

Hər hansı bir markanın reklam strategiyasına, imicinə yeni fikirlər irəli sürərək pul qazana bilərsiniz. Məsələn türk saytı adgager bu strategiyadan istifadə edir.

7) Affiliate Marketing

Satış ortaqlığı adlanan bu marketinq növü ilə hər hansı bir şirkətin satışında vasitəçilik edərək komissiya şəklində gəlir əldə edə bilərsiniz. Amma bunun üçün bəzi satış treyninqlərində iştirak etməli,  marketinq barədə özünüzə investisiya etməlisiniz.

8) Twitch

Bir çox insan oyun oynayaraq pul qazanır, sadəcə burada əsas məsələ davamlı olmaq və saytdan qeydiyyatdan keçməkdir.

9) Steam

CS:GO, Dota, PUBG kimi oyunlarda qazandığınız mükafatları steam üzvlərinə pul qarşılığında sata bilərsiniz.

10) Mobil tətbiqlər və aplikasiyalar.

Əgər kodlaşdırmadan başı çıxan dostunuz varsa, hər hansı bir tətbiq proqramı hazırlayaraq playstore və ya appstore kimi mağazalarda istifadəyə buraxa bilərsiniz. Pul qazanmaq üçün biraz həmin aplikasiyanı reklam edib içərisinə yerləşdirilmiş reklamlardan pul qazana  bilərsiniz. 

11) Elektron kitab yazmaq

Telefonların geniş yayılması ilə kitabsevərlər kitabları elektron olaraq oxumağa başlayıblar. Yaxşı kitab yaza bilirsinizsə, öz elektron kitablarınızı 5-10 AZN-ə sataraq əlavə gəlir əldə edə bilərsiniz. 

12) E-poçt mesajları

Hər hansı yaxşı olduğunuz bir sahədə, məqalələr hazırlayıb onu e-poçt vasitəsi ilə insanlara ödənişli şəkildə yollaya bilərsiniz, düzdü bu sistem ölkəmizdə hələ də işləməsə də, bunun üçün xaricdə uyğun saytlar tapıb, onlar vasitəsi ilə bunu edə bilərsiniz.

13) Məzmun tərtib edərək

icerik.net fiverr.comicerikbulutu.com kimi saytları bu xidmətlə məşğul olur , siz də qoşulub pul qazanın.

14) Tərcümə edərək

Bir çox tərcümə saytları var ki, orada freelancer kimi işləyərək əlavə gəlir əldə edə bilərsiniz. Məsələn Onehourtranslation.com ve Gengo.com kimi saytlarda hesab açaraq bu fəaliyyətə başlaya bilərsiniz.

15) Dar mövzular üzrə bloq açmaq

Məsələn, yemək mövzusunda bloq açmaq yerinə, kofee mövzulu bloq açmaq ya da ki, geyimlə bağlı bloq açmaq yerinə aksesuarla bağlı bloq açmaq sizə əlavə gəlir gətirə bilər.

16) Suallara cavab yazmaq

Məsələn türkiyədə doktorderki.com saytı, ya da ki justanswer kimi saytlarda sahənizlə bağlı suallara cavab yazaraq pul qazana bilərsiniz.

17) Şəkil və ya video sataraq

Pexelsunsplah,  kimi saytların istifadəçiləri hazırda bundan istifadə edərək pul qazanır.

18) Musiqi sataraq

Bəzi musiqiləri orginal formada saytlara yükləyərək onların satışından gəlir qazana bilərsiniz.

19) Video bloqqeri.

Youtube üzərindən maraqlı  kontentlər üzrə videolar hazırlayaraq baxış sayından pul qazanmaq olar. 

20) E-ticarət

Məsələn Alibabadan bir dənəsi 5 manat olan 100 dənə qulaqcıq aldınız , bunu ölkədə hər birini 12 manatdan sata bilsəniz xeyli gəlir əldə edərsiniz.

21) Al, təmir et, sat

Xususilə antikvari məhsullarda tətbiq edilən bu yol, pul gətirən bir vasitədir. Amma təkcə antik əşyalar deyil, eyni zamanda təmirə ehtiyacı olan bir telefonu təmir edib sataraq onun qiymətini yüksəldə bilərsiniz.

23) Hər kəsin görə biləcəyi asan işlər.

Məsələn, excel cədvəlləri hazırlamaq, anket hazırlamaq, sosial medya vasitələrindən canlı yayım xidmətləri təşkil etmək kimi işlər görərək gəlirinizi artıra bilərsiniz.

Mənbə: Banco.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.