İnvestisiya portfelinin ən azı bir faizi bitcoin olmalıdır

17-04-2019 / 11:28

Kriptovalyuta cüzdanı olan Xapo-nun rəhbəri Wences Casares hesab edir ki, hər bir məsuliyyətli investorun investisiya portfelinin ən azı 1%-i bitcoin təşkil etməlidir çünki ilk kriptovalyuta dünyaya internetdən daha çox təsir edə bilər.

Wences Casares: “Bitcoin qazanmaq üçün unikal imkan yaradır. 10 milyon dollarlıq investisiya portfelinin 1%-ni bitkoinə yatırmaqla 7-10 il ərzində 25 milyon dollara qədər qazanc əldə etmək mümkündür. Hətta bitkoinin qiyməti düşsə belə o zaman cəmi itgi 100.000 dollar təşkil edəcək. Odur ki, portfelin müəyyən hissəsini bitkoinə yatırmamaq məsuliyyətsizlik olardı.”

Xeberler.az  bildirir ki, Xapo rəhbəri Wences Casares misal olaraq investor Bill Miller-i göstərib. Bill Miller 2017-ci ilin iyul ayında öz investisiya portfelinin 1%-ni bitkoinə investisya etmişdi. Dekabr ayının ortasında artıq bitcoin 700% dəyər qazandı və bu investisiya onun bütün sərvətinin yarısına bərabər olmuşdu. “Hazırda 60 milyon insanda bitcoin var və hər ay bu auditoriyanın sayı 1 milyon artır. Digər altkoinlərin sahibləri isə təqribən 5 milyon edir. Yəni 5 ay ərzində bitcoin istifadəçilərinin sayı indiyə qədər olan bütün altokin sahiblərinin sayına bərabərdir.” deyə Wences Casares əlavə edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.