“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib

19-01-2016 / 12:28

Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Xeberler.az məlumat verir ki, sənədə əsasən, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib.

İqtisadiyyat Nazirliyinə investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etmək tapşırılıb.

Həmçinin, Nazirlər Kabinetinə aşağıdakı tapşırıqlar verilib:

Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin;

Bu Fərmanla təsdiq edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Prezidentə məlumat versin;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin;

Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görmək tapşırılıb.

  Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.