iOS 8.3-ün betası çıxdı

27-03-2015 / 22:23

“Apple” şirkəti iOS-u hər kəsə açıq beta programına təqdim edərək bütün istifadəçiləri ilə paylaşıb.

Ancaq sonra bu "hər kəsə açıq" Beta-nın əslində hamıya açıq olmadığı, Apple-ın e-posta ilə dəvət göndərdiyi istifadəçilərə açıq olduğu məlum olub. Yenə də iOS 8.3 üzərində işlərini davam etdirən Apple developers-lər üçün dördüncü, beta testçiləri üçün də ikinci iOS 8.3 versiyasını təqdim edib.

Yükləmə ölçüsünün ortalama 100 MB ətrafında olacağını söyləyə bilərik. iOS 8.3 beta 4-də iCloud Photo Library-dəki "beta" etiketinin təkrar ortadan qaldırıldığı da bildirilib.

Bundan əlavə daha əvvəlki versiyalarda ilk dəfə elan edilən mesaj filtrləmə xüsusiyyəti bu versiyada da düzəldilib və iMessage olaraq tanımadığınız şəxslərdən gələn mesajlar "Naməlum Göndərici" adı kimi dəyişdirilib.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə