iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlandı

10-09-2015 / 11:27

Apple  dünən təşkil etdiyi təqdimat mərasimində  iOS 9-un son versiyasının istifadəyə veriləcəyi  tarixi də  açıqlayıb. 

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  təqdimatda qeyd edilib ki, iOS 9 sentyabrın 16-da  istifadəyə veriləcək.

iPhone 6S-in təqdimatından sonra son beta versiyası olan "iOS 9 GM" developerlərə paylanıb.

Bildirilib ki, iOS 9 yenilənməsi Apple-ın  bütün köhnə modellərinə də tətbiq ediləcək. 

iOS 9 yeniləməsi iPhone 4S, iPhone 5, iPhone 5C, iPhone 5S, iPhone 6, iPhone 6 Plus, iPhone 6S, iPhone 6S Plus, iPad Air, iPad Air 2, iPad 2, iPad 3, iPad 4, iPad mini, iPad mini 2, iPad mini 3 və iPod touch 5-də olacaq.

Qeyd edək ki, iOS 9 yenilənməsi bir gün ərzində bütün iPhone cihazlarına gələcək.

İOS 9 proqramını telefona necə yükləməli?

iOS 9  istifadəyə veriləndə "Parametrlər> Ümumi> Proqram "yeniləmə hissəsindən cihaza daxil olaraq iPhone və iPad cihazlarında proqramı yeniləyə bilərsiniz.

iTunes vasitəsilə yeniləmək üçün isə iPhone və iPad-i kompüterə qoşmaq və hansı yeniliklərin olduğunu öyrənmək kifayətdir. 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə