iOS 9.3 bütün istifadəçilərə təqdim edildi

22-03-2016 / 10:20

Məlumat verdiyimiz kimi, dünən Apple yeni məhsullarını təqdim etdi.

Xeberler.az-ın məlumatına görə, tədbirdə iOS 9-un yeni versiyası iOS 9.3  də təqdim edildi.

Apple rəsmisi Greg Joswiak son vaxtlarda iOS  9-un daha çox yükləndiyini diqqətə çatırıb.

Təqdimat mərasimində Greg Joswiak iOS 9.3-ün bütün istifadəçilərə təqdim edildiyini vuruğlayıb. 

Qeyd edilib ki, iOS-larda  9.3 versiyasının özəlliklərindən biri Night Shift-dir.

Night Shift  telefonun ekranında rəngləri daha təbii hiss etməyiniz üçün dəyişdirir.

iOS 9.3 ilə gələcək daha bir özəllik isə  Notes bölümündə istədiyiniz qeydlərin şifrələnə bilməsidir.

 Həmçinin, iOS 9.3 sayəsində CarPlay ilə birlikdə Apple Music  də avtomobillərdə daha məhsuldar çalışacaq.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə