iOS üçün mobil intellektual kamera əlavəsi təqdim olunub

18-07-2016 / 10:40

Microsoft korporasiyası iOS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün yeni Microsoft Pix intellektual kamera proqramı hazırlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, əlavə Windows Phone və iOS platformaları üçün nəzərdə tutulan iki mövcud “Blink” və “Selfie” proqramının imkanlarını özündə birləşdirir.

İşə salındıqdan sonra Microsoft Pix obyektivə düşənlərin hamısını avtomatik izləməyə başlayır və istifadəçi sürgü düyməsini basan zaman əlavə çəkilişdən əvvəl və sonrakı anların bir neçə kadrını ona təklif edərək daha uğurlu kadrı seçməyə imkan yaradır.

Həmçinin Microsoft Pix kadrda insanların üzündə fokuslamadan istifadə edilən zaman ISO parametrini avtomatik qurur.

Daha bir funksiya “canlı” fotoşəkillərin yaradılması ilə əlaqədardır. Belə ki, kadrda maraqlı hərəkət qeydə alınanda proqram onu animasiyaya çevirir. Bundan başqa, əlavə daha uğurlu kadrı seçərək onun keyfiyyətini yaxşılaşdırır.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə