iPhone 6S-də hansı yeniliklər olacaq?

08-09-2015 / 12:26

Məlumat verdiyimiz kimi, Apple iPhone 6S6S Plus-un təqdimatına hazırlaşır.

Sabah  Apple şirkətinin  konfransı keçiriləcək. Konfransda şirkət  iPhone 6S və 6S Plus təqdim edəcək.

Xeberler.az-ın xarici KİV-lərə istinadla məlumat verir ki, artıq  iPhone 6S-də gözlənilən texniki parametrlər ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, bu məlumatlar Apple şirkətinin  qeyri-rəsmi mənbələrindən dünya mediasına yayılıb.

Xeberler.az iPhone 6S-də gözlənilən yenilikləri təqdim edir:

Force Touch

Force Touch texnologiyası Apple-ın ən böyük risklərindən biridir. Bu texnologiya ilə ekrana bir az daha qüvvətli basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn, istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana qüvvətli basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq.

 

Kamera

Təqdim olunacaq İphone 6S-də 12 MP arxa kamera və 5 MP ön kamera olacağı gözlənilir. Bundan başqa 4K Ultra HD video çəkiliş texnologiyasının da olacağı iddia edilir.

 

Ölçüləri

Məlumatlara görə, İphone 6S əvvəlki modeldən 0,15 mm daha uzun, 0,2 mm daha qalın olacaq, amma bu dəyişiklik çox da hiss olunmayacaq.

 

Korpus

Şirkət ən yüngül ağıllı saatı Apple Watch idman saatının aliminium gövdəsini iPhone 6S modelində də istifadə edəcək. Bu da yeni iPhone-a həm əlavə bir yüngüllük, həm də davamlılıq gətirəcək. 

Prosessor

iPhone 6S və 6S Plus yeni nəsil A9 prosessoru ilə takt tezliyi və grafik tezlikləri daha da artacaq.

 

RAM (Əməli yaddaş)

Apple 2012-ci ildən  iPhone-larını 1 GB RAM-la təchiz etsədə, artıq iPhone 6S və 6S Plus 2 GB RAM ilə təmin olunacaq.

 

Touch ID texnologiyası

Apple-in son vaxtlar əldə etdiyi  patentə əsasən, home düyməsi ləğv olunur. Yəni, iPhone 6S-in ön tərəfi düz olacaq. Home düyməsinin yerində isə Touch ID texnologiyasından istifadə olunacaq. Bu texnologiya ilə barmaq izi oxuyucusu daha sürətli işləyəcək.

 Yeni Rəng

Yeni iPhone Rose Gold (qızıl gül) rəngində də alıcılara təqdim olunacaq.

Qeyd edək ki, iPhone 6S-in satış qiyməti də açıqlanıb. 

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə