iPhone 6s və iPhone 6s Plus təqdim olundu

10-09-2015 / 09:43

Apple şirkəti San Fransiskoda təşkil etdiyi geniş  geniş təqdimatda  iPhone 6SiPhone 6S Plus modellerini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, bu iPhone modellərinə yeni özəlliklər əlavə olunub. 

Qadcetin rəngləri sırasına yeni çəhrayı qızıl çaları əlavə olunub. Həmçinin iPhone 6 üçün klassik olan tünd boz, gümüşü və qızılı rəngli korpuslar qalıb.

İstehsalçıların məlumatına görə, məşhur smartfonun yeni modellərində ikinüvəli prosessor, Retina displeyi var.

iPhone 6S və iPhone 6S Plus-da yeni texnologiyalar - 3DTouchForce Touch tətbiq ediləcək.

iPhone 6S və 6S Plus 2 GB RAM ilə təmin olunacaq.

Yeni A9 prosessoru əvvəlkindən 70 faiz sürətlidir. Yeniliklər, həmçinin biometrik ötürücüyə də də toxunub. Touch ID 2 də sürətli və dəqiq olub.

Qeyd edək ki,  İphone 6S-in 16GB-lıq versiyası 649 dollara, 64 GB-lıq versiyası 749 dollara, 128 GB-lıq versiyası isə 849 dollara satışa çıxarılacaq. iPhone 6S Plus-un 16 GB-lıq versiyası 749 dollar, 64 GB-lıq versiyası  849 dollara, 128 GB-lıq versiyası isə 949 dollara olacaq.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə