iPhone 7-nin qiyməti açıqlanıb

27-06-2016 / 09:08

Sentyabr ayında təqdim edilməsi gözlənilən  iPhone 7-nin qiyməti barədə məlumatlar mediaya sızıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə  iPhone 7, iPhone 7 Plus və yeni seri iPhone 7 Pro-nun qiyməti barədə məlumatlar yayımlanıb.

Etibarlı mənbələrdən gələn məlumat kifayət qədər marağa səbəb olub.

Məlumata görə, yeni iPhone-larda  qiymət yaddaş tutumuna görə dəyişəcək.

Belə ki, iPhone 7-nin 32 GB64 GB-la bərabər, 256 GB-lıq versiyası satılacaq.

iPhone 7 Plus və iPhone 7 Pro-nun isə yaddaş seçimləri 32 GB, 128 GB və 256 GB olacaq.

 Son verilən məlumatlara görə, Apple iPhone 7-də böyük bir dizayn dəyişikliyi etməyib, iPhone 6s-ə oxşar bir model təqdim edəcək.

Əsl böyük dəyişiklik isə  iPhone-nun model yeniləmə müddətini 2017-ci ildən 2 ildən 3 ilə qaldıracağıdır.

Sızan ekran görüntülərinə görə, 32 GB-lıq versiyalarda iPhone 7-nin qiyməti  749 dollar, iPhone 7 Plus-un qiyməti isə  849 dollar olacaq.

 iPhone 7 Pro-nun başlanğıc qiyməti isə 1000 dollar olacaq.

Sızan ekran görüntülərində yer alan yeni qiymətlər aşağdakı kimidir.

iPhone 6s: ¥5288 (16GB), ¥6088 (64GB), ¥6888 (128GB)

iPhone 7: ¥5288 (32GB), ¥6088 (64GB), ¥7088 (256GB)

iPhone 6s Plus: ¥6088 (16GB), ¥6888 (64GB), ¥7788 (128GB)

iPhone 7 Plus: ¥6088 (32GB), ¥6888 (128GB), ¥7888 (256GB)

iPhone 7 Pro: ¥7088 (32GB), ¥7888 (128GB), ¥8888 (256GB)

 

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə