iPhone 7 Plus da partladı-Foto

24-02-2017 / 13:59

Samsung-dan sonra bu dəfə Apple telefonunun partlaması ilə gündəmə gəlib.

Xeberler.az-ın məlumatına görə, iPhone 7 Plus istifadəçilərindən biri əriyən telefonun  Twitter-də şəklini paylaşıb.

Belə ki, hadisə Brianna Olivas adlı Twitter istifadəçisinin başına gəlib.

Mashable saytına danışan Olivas  səhər yatarkən yastığının yanında şarj olan çəhrayı rəngli iPhone 7 Plus-dan tüstülər çıxdığını görür. Dostu telefonu həmin yerdən alır və şkafa qoyur. Sonra iPhone-nun əriyərək  tüstü və müxtəlif səslər çıxardığını görür.

Telefona müdaxilə edən istifadəçi  qeyd edir ki, telefon alov almağa başlayır və o, telefonu suyun altına aparan kimi telefon partlayır.

İstifadəçi bu prosesi videoaya alıb.

Olivas-in  Twitter-da  paylaşdığı video 23 min dəfə “retwee” edilib  və milyonlarla dəfə izlənib.

Apple şirkəti çox keçmədən məsələyə rəsmi münasibət bildirib.

Şirkət qeyd edib ki, hazırda istifadəçi ilə əlaqə saxlanılır və baş vermiş hadisə araşdırılır. 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə