iPhone 8 modelində ağıllı kamera quraşdırılacaq

03-08-2017 / 16:42

Proqram tərtibatçısı Gelerme Rembo iPhone 8 smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. 

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, o, interfeys kodunda sifətin və obyektlərin tanınmasına cavabdeh olan yeni "SmartCamera" funksiyasını aşkarlayıb.

iPhone kamerası mənzərəni aşkarladıqdan sonra şəkilin daha yaxşı çəkilməsi üçün ideal ekspozisiya, sürgü sürəti və digər parametrləri quraşdıracaq.

Qeyd edək ki, əksər DSLR kameralar müxtəlif tip şəkillər üçün xüsusi konfiqurasiyalara malikdir. Apple şirkətinin də oxşar addım atacağı gözlənilir. Bundan əlavə, kadrda hərəkət edən obyektləri tənzimləyən "freezeMotion" funksiyası sadalanır. iPhone 8 kamerasının lazımi kadrları özü seçə biləcəyi qeyd edilir. Hazırkı iPhone modelləri obyektləri tanısa da, bunu yalnız "Foto" proqramında hazır şəkillərdə edə bilir. iPhone 8 modelinin bunu real vaxt rejimində edə biləcəyi ehtimal olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə