iPhone 8 necə olacaq?

14-09-2016 / 09:48

Apple iPhone 7-ni  hələ bir bir neçə gündür təqdim etməsinə baxmayaraq artıq iPhone 8 haqda  söz-söhbətləri başlayıb.

Xeberler.az bildirir ki, xarici mediada yayımlanan məlumatlarda Apple-ın yeni telefonunda bizlərə təqdim edəcəyi 3 yeni və əhəmiyyətli yenilik  açıqlanıb.

İlk olaraq başlıqdan da anlayacağınız kimi Apple iPhone 7S olaraq təqdim edilən telefonlardakı “S” iPhone 8 –də olmayacaq. Yəni, yalnız iPhone 8.

Apple illərdir gözlənilən dəyişikliyi iPhone 7-də etdi. Belə ki, artıq fiziki bir ana ekran butonu yerinə taptic engine istifadə edən bir düyməyə keçərək Home düyməsindən imtina etdi.

Söyləntilərə görə, Apple bu səfər ana ekran düyməsini da tamamilə ekrana daxil edəcək.

Qeyd etdiyimiz kimi, Apple  yeni iPhone-larda qulaqlı girişini qaldırdı və iPhone 7 ilə birlikdə  yeni qulaqcıqlar təqdim etdi. Amma bu qulaqcıqlar iPhone 7-dən ayrı satılır.

Məlumata görə, Apple iPhone 8-də qutudan birbaşa olaraq AirPods çıxardacaq. Eyni zamanda, kabelsiz şarj texnologiyasını da iPhone 8 ilə təqdim edəcək.

 

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə