iPhone 8 və iPhone 8 Plus təqdim edildi- Qiymətlər

13-09-2017 / 09:39

Məlum olduğu kimi, dünən Apple şirkəti yeni məhsullarının təqdimat mərasimini edib. Belə ki, mərasimdə bir neçə yeni avadanlıq təqdim olunub.

Onlardan ən çox gözlənən isə iPhone 8 idi. Tədbirdə iPhone 8 ilə yanaşı, iPhone 8 Plus və iPhone X də tanıdılıb.

Xeberler.az-ın məlumatına görə, iPhone 8 smartfonu iPhone 7 kimi 4.7 düymlük ekrana sahibdir. iPhone 8 10.5 düymlük iPad Pro-də istifadə edilən True Tone ekran texnologiyası tərəfindən dəstəklənir.

Cihazın əvvəlki modellərindən əsas fərqi isə ən simsiz şarj xüsusiyyətinə malik olmasıdır.

Qlobal standartlara əsasən Apple uzun zamandır gözlənilən bir xüsusiyyətə malikdir.

Kamera özəllikləri ilə olduqca iddialı bir telefon olan iPhone 8 12 Mp sensora sahibdir.

F /1.8 və f /2.8 diafraqma aralığına sahib kameralarda portret rejimində xüsusi filtreler və xüsusi işıqlandırma mövcuddur. Çəkilişlər mövzusunda iddialı cihazda 4K/60fps video dəstəyi var.

iPhone 8 64 GB modeli 699 dollardan başlayan qiymətlərlə bazara təqdim edilir.

Sentyabrın 15-dən ABŞ-da ön satışa çıxarılacaq telefon qlobal bazarada sentyabrın 22-dən olacaq.

iPhone 8 Plus-ın özəllikləri və qiyməti

iPhone 8 Plus çipi 6 düyməli A11 Bionicd-ir. iPhone 7 Plus-dakı kimi cihaz, 5,5 düymlük ekrana sahibdir. Bu cihaz da iPhone 8 kimi simsiz şarj dəstəyinə malikdir.

Qurğu şüşə və paslanmayan polad örtüklə təchiz olunub.

iPhone 8 Plus da  ikili kameraya sahibdir və portret rejimi, xüsusi filtrləri dəstəkləyir.

Gümüş, kosmik, boz və gül qızıl rəngləri ilə təqdim edilən iPhone 8 Plus  64 GB və 256 GB olmaq üzrə iki xüsusi seçimə sahibdir.

Cihaz sentyabrın 15-dən 799 dollardan başlayan qiymətlərlə ön satışa başlayır. 22 sentyabrdan isə ABŞ-da satışa çıxarılacaq.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə