iPhone alarkən nələrə diqqət etməli?

08-11-2017 / 11:03

Əksər vaxt iPhone alarkən istifadəçilər bəzi problemlərlə üzləşir.  Belə ki, müştərilər rəsmi və qeyri rəsmi telefonu ayırd etməkdə çətinlik çəkir.

Xeberler.az bildirir ki, bunları nəzərə alaraq Azərbaycandakı Alma Store mağazalar şəbəkəsi məlumat yayımlayıb.

Qeyd  edilib ki, istənilən ölkədə rəsmi olaraq iPhone-ların satışı üçün ilk öncə Apple şirkətilə müqavilə bağlanmalı, ölkədə mövcud olan rüsumlar ödənilməlidir:

“Sertifikasiya keçdikdən sonra satış üçün rəsmi sənədlər əldə edilməlidir. Rəsmi satış nöqtələri bütün prosedurları keçdikdən sonra, qiymətlər yerli rüsumlara və vergilərə əsasən təyin edilir”.

Rəsmi və qeyri rəsmi telefonları necə ayırd edə bilərik?

-Telefonun ölkəyə rəsmi yolla daxil olmasını asanlıqla qutusunda qeyd edilən model nömrəsindən təyin edə bilərsiniz (RM/A, FS/A ölkəyə daxil olan rəsmi telefonlardır). Telefonda General-About-Model bölməsinə keçid edə bilərsiniz.

- Qutusunda qeyd edilən model nömrəsi, telefonun daxilində olanilə bir olmalıdır.

Qeyri -rəsmi telefonları əldə etməyə dəyərmi ?

-Qeyri rəsmi telefon Apple şirkətinin smartfonudur, sadəcə olaraq daxil olduğu ölkənin sertifikasiyasını keçməyib

- Qeyri -rəsmi yolilə satılan telefonlar vergi qanunvericiliyini pozmuş olurlar

-Qeyri-rəsmi yolilə satılan telefonlarda regionlara görə məhdudiyyətlər olur

- Qeyri-rəsmi yolilə satılan telefonların, Azərbaycanda Apple beynəlxalq zəmanəti keçərli olmur. İstehsal qüsuru yarandığı zaman hansı ölkədən alınıbsa, orayada müraciət edilməlidir

-Qeyri-rəsmi yolla satılan telefonlarda şəbəkə probleminin zəif olması müşahidə edilə bilər. Bu da müxtəlif ölkələrin müxtəlif tezliylərdən istifadə edilməsindən irəli gəlir.

-Qeyri-rəsmi yolla satılan telefonlarda adətən şarj alətləri yerli enerji mənbəyinə uyğun gəlmir. Bu səbəbdən müştəri əlavə şarj aləti almalı olur. Bu da əlavə xərc deməkdir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə