iPhone-lara təzə proqram gəldi

15-01-2015 / 09:59

Apple-ın AppStore-una daxil olmaq o qədər asan deyil. Ancaq bu proqram bəlkə də ən sürətli təsdiq olunmuş tətbiq kimi marağa səbəb olub.

Parisdəki “Charlie Hebdo” yumoristik jurnalının ofisinə edilən və 12 adamın həyatını itirdiyi terror hücumunun bütün dünyada güclü reaksiyaya səbəb olması məlumdur. Qısa bir müddətdə bu reaksiyalar "Je Suis Charlie (Mən Charliyəm)" ifadəsi təkcə Twitterdə 4.8 milyon dəfə twitlənib.

Eyni adı daşıyan proqram AppStore-da daha yayımlanmadan rekord qırıb: Bu proqram 1 saat içərisində təsdiq edən ilk AppStore tətbiqi olub. Tim Cookun da dəstək verdiyi proqram ağ-qara rəngdə hazırlanıb. Je Suis CHARLIE iOS tətbiqinin istifadəçiləri isə inancı, ölkəsi ya da fikri nə olursa olsun, ifadə azadlığını müdafiə edən şəxslərdir. Tətbiqi yükləyən iOS istifadəçisi tətbiq daxilindəki xəritədə öz yerini tutur.

"Je Suis CHARLIE” proqramını yükləmək isə ödənişsizdir.

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə