İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015 / 17:21

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) IX Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin “Best Performance” sertifikatına layiq görülüb.

Xeberler.az bildirir ki, mükafat universitetə sərgidə ən yaxşı təqdimata görə verilib.

Dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə UNEC “Best Performance” sertifikatına layiq görülən yeganə universitetdir.

UNEC sərgidə əsasən dörd yeni təqdimatla diqqəti çəkib – London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramı, ikili diplom proqramları, Beynəlxalq İqtisadiyyat Məktəbi və elektron universitet layihəsi. UNEC-in Mevlana və Erasmus+ proqramları, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə tədris imkanlarının olması, 21 ixtisas üzrə təhsil, MBA proqramı, Karyera Mərkəzinin fəaliyyəti, korporativ sektorla geniş əlaqə, məzun yarmarkalarının keçirilməsi sərgi iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, 2014-cü ildə keçirilən 8-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində UNEC-in stendi dolğun informasiyanın əks olunması və xarici görünüşünə görə “Ən Yaxşı Universitet Təqdimatı” sertifikatına layiq görülmüşdü.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə