İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015 / 12:18

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-2016-cı tədris ilinə hazırlıqla bağlı universitetdə görülən işlər, həyata keçiriləcək yeniliklər və qarşıya çıxan problemlərin həlli yolları prorektorlar, mərkəz rəhbərləri və dekanlarla müzakirə olunub.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, toplantıda UNEC-də innovasiyanın tətbiqi məsələləri də geniş müzakirə edilib. Bildirilib ki, dərs prosesinin tamamilə elektronlaşdırılması yeni tədris ilində gündəmdə duran əsas məsələdir və bu istiqamətdə artıq ilkin addımlar atılıb.Belə ki, ali təhsil müəssisəsi kağız üzərində jurnaldan imtina edərək tam elekronlaşdırılmış jurnal sisteminə keçməyə hazırlaşır. Tədris prosesinin interaktiv təşkili üçün universitetin əsas tədris binasının bütün auditoriyaları kompüterlə təchiz edilən elektron tribuna və proyektorlarla təmin edilib.

Universitetin rektoru Ədalət Muradov  bildirib ki, yaxın vaxtlarda universitetin bütün tədris binalarında da elektron tribuna və proyektorlar quraşdırılacaq. 

Məltəm Talıbzadə

        

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə