İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015 / 15:36

Oktyabrın 2-də Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ)  Texnoparkının direktor müavini Tolğa Özpolat Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Qonaqlar universitetin rektoru Ədalət Muradov ilə görüşüb. 

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, görüşdə təhsil müəssəsiləri ilə birgə texnoparkın yaradılmasına dair müzakirələr də aparılıb.

UNEC-in Texnologiya Transfer Mərkəzinin (TTN) direktoru Aydın Hüseynov TTN haqda geniş təqdimatla çıxış edib.

O, qonağa UNEC-də on ay əvvəl yaradılan mərkəzin gördüyü işlərdən danışıb.

Görüşün sonunda T.Özpolat UNEC-in İnnovativ Biznes İnkubatorunu ziyarət edərək, startaplarla tanış olub, gənclərə öz tövsiyələrini verib.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə