İqtisad Universitetində müasir texnologiyanın tətbiqi genişlənir

04-09-2015 / 10:14

İqtisad Universitetidə yeni tədris ilinə  hazırlıq davam edir.

Xeberler.az-ın məlumatına görə, Universitetdə müasir texnoloji avadanlıqlar quraşdırlır.

Belə ki, Universitetdə  yaradılan elektron tribuna  22 düyümlü ekrana sahib İntel NUC kompüteri ilə çalışacaq. Elektron tribunanın  internetə və proyektora çıxışla təmin olunub.

Xüsusi konstruksiyaya malik tribunada fiziki təzyiqlərə və sanksiyalaşdırılmamış müdaxilələrə qarşı təhlükəsizlik sistemləri quraşdırılıb.

Elektron Tribuna vasitəsilə müəllimlər Universitetin vahid elektron idarəetmə platforması olan EDUMAN da hər bir müəllim üçün yaradılmış şəxsi kabinetə daxil ola biləcəklər.

Müəllimlər birbaşa proyektora qoşulmaqla şəxsi kabinetdə əvvəlcədən yerləşdirilmiş multimediya dərs vəsaitlərini və prezentasiyaları nümayiş etdiməklə dərs prossesini təşkil edəcək.

Bu proyektor vasitəsi ilə müəllimlər elektron dərs jurnallarında qiymətləndirməni və davamiyyəti apara biləcəklər. Həmçinin  USB Flash yaddaş qurğularına yazılmış istənilən formatlı dərs vəsaitlərini nümayiş etdirə biləcəklər.

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə