İqtisad Universitetinin mobil tətbiqi istifadəyə verildi

02-06-2016 / 13:10

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytı unec.edu.az-ın mobil proqramının tətbiqini istifadəyə verib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə,  mobil tətbiqetmə xəbər və elanlar, universitet, tələbə kabineti, müəllim kabineti, kitabxana, nəşrlər, radio və əlaqə bölümlərindən ibarətdir.

 Universitetin rəsmi saytı əsasında yaradılan mobil tətbiqetmə kompakt və sadələşdirilmiş formatda olduğundan istifadə qaydaları çox asandır.

Bununla yanaşı, proqram daha sürətlə işləyərək, trafikdən az istifadə olunmasına və vaxta qənaət edilməsinə görə rəsmi saytın imkanlarından daha üstündür. Mobil tətbiqetmə xüsusi telefon formatında hazırlanıb.

Məlumat nəzərdən keçirildikdə miqyasdan istifadə edərək müxtəlif istiqamətlərə sürüşdürmələrə ehtiyac qalmır.

Proqramın daha bir üstünlüyü isə istifadəçilərə bildiriş göndərilməsidir. Mobil tətbiqetməyə daxil olmadıqda xəbər və elanlar barədə istifadəçiyə mütəmadi olaraq bildiriş göndərilir.

Mobil tətbiqetmə vasitəsi ilə müəllim və tələbələr Elektron Universitet platformasına da daxil ola bilirlər.

Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilən proqramda məlumatları Facebook, Twitter sosial şəbəkələrində paylaşmaq və Whatsapp vasitəsi ilə dostlara göndərmək mümkündür.

Proqramı buradan yükləyə bilərsiniz.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə