İqtisad Universitetinin tələbələri onlayn mühazirə dinləyiblər

30-03-2011 / 15:47
Martın 30-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Cənubi Koreyanın Elm və Texnologiyalar İnstitutunun (KAIST) dosenti Hanqjunq Zonun  “İnternet biznes modelləri” adlı onlayn mühazirəsini dinləyiblər.

Azərbaycan tələbələri onları maraqlandıran suallar verərək, eləcə də mövzu ətrafında diskussiya apararaq mühazirədə fəallıq nümayiş etdiriblər.
Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlı tələbələr üçün tanınmış universitetlərin tədris proqramları üzrə kurslar çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilati dəstəyi ilə müasir informasiya texnologiyalarının geniş tətbiqi ilə formalaşmaqda olan “İnformasiya iqtisadiyyatı” fənni üzrə mühazirələr aparılır.
Bununla yanaşı RİTN tərəfindən Azərbaycanın telekommunikasiya şəbəkəsinin və internetin imkanları istifadə olunmaqla gənc istedadlar üçün xarici universitetlərin bu sahədə tanınmış alimlərin onlayn-mühazirələri təşkil olunur.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə