İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017 / 14:18

Milli Elmlər Akademiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Xeberler.az-ın məlumatına görə, məqsəd ölkədə həyata keçirilən iqtisadi islahatların elm ictimayyətinin diqqətinə çatdırmaq, eləcə də onların təkliflərini dinləməkdir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad üzrə elmlər doktoru Ədalət Muradov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vuqar Babayev çıxış ediblər.

Konfrans iştirakçıları Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının vacibliyini qeyd ediblər. Azərbaycanda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıblar.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir.

Konfrans zamanı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Rəqəmsal Ticarət Qovşağının” yaradılması xüsusi qeyd edilib.

Qeyd edək ki, 16 noyabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalan əməkdaşlıq haqqında memoranduma əsasən, bu tip tədbirlər davamlı olaraq keçiriləcək.  

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.